"Qarabağ"ın ÇL-dəki cavab oyununa hakim təyinatları açıqlandı

"Qarabağ"ın Çempionlar Liqasının (ÇL) II təsnifat mərhələsindəki cavab oyununa hakim təyinatları açıqlanıb.

Presssport.az xəbər verir ki, matçı ukraynalı Viktor Kopiyevski idarə edəcək. Ona həmyerliləri Semyon Şlonçak və Vladimir Vısotski kömək edəcək. Dördüncü hakim funksiyasını Dmitri Pançişin yerinə yetirəcək.

Xatırladaq ki, Ağdam təmsilçisi II təsnifat mərhələsində “Hamrun” (Malta) – “Linkoln” (Cəbəllütariq) cütünün qalibi ilə qarşılaşacaq. İyulun 30-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək cavab görüşü saat 20:00-da başlayacaq.


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC