“Sabahkı oyun bizim üçün çox önəmlidi. Bu, Avropa Liqasında ilk təsnifat mərhələsi oyunudu. Ən yaxşı nəticəni əldə etmək üçün bir neçə həftədir ki, bu oyuna məşq edib hazırlaşırıq. Sabah bizdən asılı olan hər şey edəcəyik ki, müsbət nəticə əldə edək”.
Presssport.az xəbər verir ki, bunu "Şerif"in kapitanı Mussa Kiabu Moldovada "Zirə"yə qarşı keçirəcəkləri Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunundan əvvəl mətbuat konfransında deyib.
Malili yarımmüdafiəçi qarşılaşmanın onlar üçün çox önəmli olduğunu söyləyib: “Yeni oyunçular bizə psixoloji cəhətdən hazırlıqlı, kömək etmək üçün gəlib. Bizim vəzifə onlara ailənin əhatəsində olduqlarını hiss etdirməkdi. Bütün yenilərlə danışdıq və onlara burda özlərini evdəki kimi hiss edə biləcəklərini başa saldıq. Hamısı komanda üçün çox vacibdi və bizə kömək edə bilər. Demək istəyirəm ki, bizdə alındı - komandada futbolçular arasında yaxşı münasibətlər var, bizdə hər şey qaydasındadı. Bütün illər ərzində çempion olmaq mümkün deyil, bunu çox gözəl başa düşürük. Keçən mövsüm komanda üçün asan olmadı, amma indi hamı pozitivdi. Yanvardan iyuna kimi yaxşı olmayan nəticələrimizi yeni mövsümdə düzəltməyə çalışacağıq”.
Xatırladaq ki, "Şerif" və "Zirə" arasında ilk matç iyulun 11-də saat 21:00-da “Şerif” İdman Kompleksində reallaşacaq.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC