AVRO-2014: İngiltərə 2-ci finalçı oldu

Almaniyada təşkil olunan AVRO-2024-də Niderland və İngiltərə yığmaları arasında yarımfinal matçı keçirilib.

Presssport.az xəbər verir ki, Dortmunddakı “Siqnal İduna Park"da görüşdə ingilislər 2:1 hesablı əzmkar qələbə qazanıb.

Matçda 7-ci dəqiqədə Xavi Simons niderlandları hesabda irəli çıxarıb. İngiltərə millisinin kapitan Harri Keyn 18-ci dəqiqədə penaltidən bərabərlik qolunu vurub. 90+1-ci dəqiqədə isə Olli Uotkins ingilislərin qələbə topuna imza atıb.

Beləliklə, ardıcıl 2-ci Avropa çempionatında finala yüksələn Qaret Sautqeytin komandası həlledici mərhələdə İspaniya yığmasına rəqib olub. Berlin Olimpiya Stadionundakı final qarşılaşması iyulun 14-ü saat 23:00-da keçiriləcək.


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC