"Beşiktaş"ın futbolçusu Aydın Hasiçə "Neftçi"dən təklif gəlib.
Presssport.az xəbər verir ki, bu iddia ilə Türkiyə mətbuatı çıxış edib.
Belə ki, Bakı klubunun Bosniya və Herseqovinadan olan 22 yaşlı cinah yarımmüdafiəçini icarəyə götürmək istədiyi bildirilib. İstanbul təmsilçisinin də bu təşəbbüsə isti yanaşdığını qeyd olunub.
"Beşiktaş"ın müqavilə müddəti başa çatan legionerlə sözləşməni yeniləcəyi, bundan sonra isə "Neftçi"yə icarəyə verəcəyi gözlənilir.
Zaqreb "Dinamo"sunun yetirməsi olan Hasiç 2020-ci ilin yanvarında Türkiyə klubuna transfer olunub. O, ötən mövsümü "Sarayevo"da (Bosniya və Herseqovina) icarədə keçirib, 33 matçda 9 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb. Vingerin "Beşiktaş"la müqaviləsi 2025-ci ilin yayına qədərdir. "Transfermarkt" portalında futbolçunun dəyəri 800 min avro kimi qeyd olunub.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC