"Kəpəz" onu məşqçi yox, futbolçu kimi saxladı - "Sabah"dan cavab gözləyirlər

“Kəpəz” daha bir futbolçusuyla yeni müqaviləylə bağlı danışqları müsbət yekunlaşdırıb.

Bu haqda Presssport.az-a məlumat verən komandanın baş məşqçisi Adil Şükürov təcrübəli cinah yarımmüdafiəçisi Tural Rzayevi də saxladıqlarını söyləyib: “Tural komandamızda qalır. Onunla da müqaviləni yeniləyirik. Vurğun Hüseynovla da vəziyyət belədi. İnşallah, hər ikisi təcrübələriylə bizə kömək edəcək. Turalın fiziki hazırlıq üzrə məşqçi olması hələ ki gündəmdə deyil. Onu futbolçu saxlayırıq”.

Bu yerdə bildirək ki, əslən gəncəli olan 31 yaşlı Rzayevin futbolçu karyerasını bitirərək, məşqçiliyə başlaması, “Kəpəz” qalaraq fiziki hazırlıq üzrə məşqçiliyə başlaması götür-qöy edilirdi.

Şükürov "Sabah"dan yenidən icarəyə götürmək istəikdləri gənc futbolçularla bağlı son durumdan da danışıb: “Şakir Seyidovla Camal Cəfərovun ikisylə də danışmışıq. Hələ ki klublayırla Sloveniyada təlim-məşq toplanışında olacaqlarını deyiblər. Bundan sonra gələcək talelələriylə bağlı bizə məlumat veriləcək”.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC