Avstriyada təlim-məşq toplanışında olan “Qarabağ” daha 2 yoxlama oyunu keçirəcək.
Presssport.az xəbər verir ki, Qurban Qurbanovun komandası hər iki sınaq matçına bu gün çıxacaq.
İlk görüşdə rəqib Xorvatiya təmsilçisi “Slaven Belupo" olacaq. Bu qarşılaşma Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.
Ağdam təmsilçisi Tirol bölgəsindəki hazırlığı “Əl-Şabab”a (BƏƏ) qarşı matçla yekunlaşdıracaq. Bu görüşün start fiti isə saat 19:00-da səslənəcək.
Xatırladaq ki, "Qarabağ" toplanış çərçivəsində iyulun 9-da Almaniyanın “Kayzerslautern” (1:3) və Çexiyanın “Viktoriya” (2:1) klublarıyla üz-üzə gəlib
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC