Allaş azarkeşlərimizin adına görə üzgündü: “Zirə” də mərhələ adlamaq istəyirdi, mən də”

"Mərhələ adladığımıza görə sevinirəm. Bu oyunda qalib gəlmək mənim üçün vacib idi. Avropa Liqası vacib turnirdi və burda mübarizəni davam etdirmək istəyirdik”. 

Presssport.az xəbər verir ki, bu sözləri “Şerif”in futbolçusu Əyyub Allaş Avropa Liqasının I təsnifat mərhələsində “Zirə”ni mübarizədən kənarlaşdıqları oyundan sonra jurnalistlərə açıqlamasında deyib. 

Bakıda penaltilər seriyasında mərhələ adlayan Moldova klubuna bu yay transfer olunan sabiq “Qəbələ”li çətin matç olacağını bildiklərini söyləyib: "İlk görüşdə zəif oynamışdım. Çünki komandaya gec qoşulmuşam. İndi daha hazırlıqlıyam”.

Mərakeşli vinger Bakı klubunu yaxşı tanıdığını vurğulayıb:  “Zirə”nin müdafiə xətti çox güclüdü və bunu bilirdim. Çünki ötən mövsüm onlara qarşı 6 dəfə oynamışdım”.

Penaltilər seriyasında həlledici zərbənin müəllifi olan 26 yaşlı futbolçu təşvişə düşmədiyini gizlətməyi  “Müəyyən qədər təzyiq vardı Amma peşəkar futbolçuyam və təvşivə düşmədim. Çünki bu, futboldu və hər an hər şey ola bilər. Böyük futbolçular da penaltini qaçıra bilər”. 

Allaş yenidən paytaxtımızda olmaqdan məmnunluğunu da ifadə edib: “Bakıda hər şey gözəldi, insanlar çox yaxşıdı. Hər kəsə minnətdaram. Məni burda çox yaxşı qarşıladılar. Təbii ki, azarkeşlər nəticəyə görə məyusdu. Onların adına üzülürəm. Amma bu, futboldu. “Zirə” də mərhələ adlamaq istəyirdi, mən də”.

Xatırladaq ki, Mərdəkandakı matçda fasilədən dərhal sonra meydana çıxan Əyyub az sonra bərabərlik qoluna imza atıb.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC