“Qomis Türkiyədə əməliyyatdan sonra burdadı, reabilitasiya keçir. Antalyada olduğumuz müddətdə o da Ağabala Ramazanov, Süleymanov kimi Bakıda müalicə alır, lazımı prosedurlardan keçirdi”. Bu fikirləri Presssport.az-a açıqlamasında “Səbail”in baş məşqçisi Şahin Diniyev deyib.
“Dənizçilər”in hələ qış fasiləsi öncəsi - dekabrda ağır zədələnərək İstanbulda əməliyyat olunan fransalı cinah yarımmüdafiəçisi David Qomisin 5-6 ay yaşıl meydandan kənarda qalacağı deyilirdi. Bu isə futbolçu üçün cari mövsümün erkən bitməsi demək idi. Diniyevin sözlərinə görə, bunu indidən əminliklə söyləmək olmaz: “Həkimlərin dediyini deyirəm, hər dəqiqə hər şey dəyişə bilər. Yəni qayıdışın tezləşməsi də mümkündü, gecləşməsi də. Amma hardasa aprelə Qomisin oynamaq şansı var, həkimlər belə deyirlər. Sadəcə, bilmirəm yekunda necə olacaq. Zədənin necə inkişaf etməsindən çox şey asılıdı”.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC