“Kəpəz” niyə yenidən Qəbələni seçdi? – PFL-dən açıqlama

Misli Premyer Liqasında bu il üçün ilk turun oyun cədvəli açıqlandı. XIX turun matçların keeçiriləcək məkanlara diqqət yetirdikdə, əyalətdəki hər 2 qarşılaşmanın Qəbələdə olacağını görürük. Bu, “Qəbələ” – “Sumqayıt” oyunuyla yanaşı, Qərb derbisinə - “Kəpəz” – “Turan Tovuz” görüşünə də aiddi. Halbuki, Gəncə klubu doğma stadionu əsaslı təmirə bağlanandan sonra ev matçlarını Tovuzda keçirirdi. Lakin göründüyü kimi, “Turan Tovuz” yeni ildə ilk derbidə öz stadionunda nominal qonaq olmayacaq. Məsələ ilə bağlı Presssport.az-a açıqlama verən PFL-in texniki-idman direktoru Elgiz Abbasov Gəncə və Tovuz klubları arasında stadionla bağlı imzalanan müqavilənin müddətinin bitdiyini vurğulayb: “Bildiyiniz kimi, Gəncə şəhər stadionunda əsaslı yenidənqurma işləri gedir və inşallah, yaxın günlərdə orda müasir standartlara cavab verən yeni arenadan istifadə etmək imkanımız olacaq. Bu müddətdə “Kəpəz”in digər müxtəlif stadionlardan istifadə etməsi çox normaldı. Bilirsiniz ki, Gəncə klubu qış fasiləsinə qədər olan ev oyunlarının bir hissəsini Tovuz şəhər stadionunda reallaşdırıb. İki klub arasında stadion müqaviləsinin müddəti 31 dekabr tarixində artıq başa çatıb. Hal-hazırda tərəflər arasında belə bir müqavilə yoxdu. “Kəpəz” tərəfi fasilədən sonra ilk ev matçını Qəbələ şəhər stadionundan keçirməklə bağlı bizə müraciət edib. Yarışların Əsasnaməsini, “Kəpəz”in müraciətini, “Qəbələ”nin razılığını əsas götürən PFL Qərb klublarının görüşünün Qəbələ şəhər stadionunda keçirilməsinə qərar verib”. Bəs, bundan sonra necə olacaq? “Kəpəz” bu mövsümün sonunadək rəqiblərini yenidən Qəbələdə qəbul edəcək? Abbasov sonrakı prosesin onların da diqqətində olacağını söyləyib: “Bildiyim qədərilə “Kəpəz”lə “Turan Tovuz” arasınada stadionun növbəti yarım il üçün icarəyə götürülməsi danışıqlar davam edir. Daha sonrakı rəsmi proseslərə uyğun olaraq “Kəpəz”in ev oyunlarını hansı stadionda keçirəcəyi bəlli olacaq”. Onu da bildirək ki, Tovuz şəhər stadionunda keçən il üçün son matçda işıq dirəkləri aşandan sonra bütün projektorların dəyişdirilməsi yönündə işlər gedir. Xatırladaq ki, “Kəpəz” keçən mövsüm Gəncə şəhər stadionunda oynamaq qadağası olanda ev matçlarının çox hissəsini məhz Qəbələ keçirmişdi. MEHMAN SÜLEYMANOV

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC