"Səbail"in yeni transferi Muaremlə Aliminin dostudu, karyerasında ilk dəfə sintetikdə oynayacaq: "Qol buraxmağı sevmirəm, hətta nifrət edirəm, bu, mentaltetimdi, dəli oluram…"
“Səbail”in yay transferlərindən biri Şimali Makedoniya təmsilçisi “Qostivar”dan gələn Amir Bilali olub. Anad olduğu həm Şimali Makedoniyanın, həm də Albaniyanın vətəndaşı olan təcrübəli müdafiəçi ilə 1 illik müqavilə imzalayıb.
“Dənizçilər”də “44 nömrə”li formada çıxış edəcək 30 yaşlı legioner Presssport.az-ın əməkdaşının suallarını cavablandırıb.
- “Səbail”ə keçidin necə baş tutdun? Səni Azərbaycana gətirən əsas amil nə oldu?
- - Çoxlu təklifim vardı. Moldovalı agentim Yevgeni Draqanov mənə dedi ki, “Səbail”dən təklif gəlib və bu komandanın baş məşqçisi Şahin Diniyev məni istəyir. İdman direktorları Zamiq Hüseynovla söhbətləşdim və o, mənə qəti qərar qəbul etməyə kömək etdi. Hər ikisinə mənə göstərdikləri inama görə “çox sağ ol” demək istəyirəm.
- - Bura gəlməmişdən əvvəl ölkəmizdə legioner həyatı yaşamış həmyerlilərindən məlumat aldınmı?
- - Azərbaycanda oynamış çoxlu dostum var. Onlardan biri Muarem Muaremdi ki, sabiq "Qarabağ"lı Azərbaycan liqası haqda çox yaxşı fikirlərini diqqətimə çatdırdı. Bundan əlavə, İsnik Alimi var ki, keçən il "Qəbələ"də çıxış edib. Bu üzdən mənə qərar qəbul etmək asan idi. Çox sadam ki, seçimim "Səbail"in xeyrinə oldu. Hansının ki, klub olaraq ənənəsi var və yaxşı təşkilatlanıb.
- - Yeni klubunda səni necə qarşıladılar? Adaptasiyan necə gedir?
- - Bir daha təkrarlayaraq, baş məşqçi və idman direktoruna minnətdarlıq etmək istəyirəm. Hansılar ki, məni “Səbail”də gözləyirdilər və isti qarşıladılar. Bu, eyni zamanda bütün komandaya, bütün futbolçulara aiddi ki, məni çox yaxşı qarşıladılar. Bu, mənə böyük kömək, dəstək oldu. Qarşıda 2 həftəmiz qalıb ki, çatışmazlıqlarımızı aradan qaldıraq və yeni mövsümə “Zirə”ylə matçla uğurlu start götürək. Bu görüşdə maksimal konsemtrasiyalı olmalı, maksimum gücümüzü ortaya qoymalıyıq. Ümumiyyətlə, ən yaxşıya nail olmaq üçün hər oyunda sonadək mübarizə aparmalıyıq. Burda olduğuma görə çox şadam ki, “Səbail”in uğurları üçün mübarizə aparacam, ən yaxşısını verəcəm
- - Diniyev necə bir məşqçi və necə bir insandı? Onu əvvəl işlədiyin baş məşqçilərlə müqayisə etsən, hansı fərqli cəhətini qeyd edərdin?
- - Onu yalnız 2 həftədi tanıyıram və deyərdim ki, həm heyrətamiz məşqçidi, həm də heyrətamiz insan. Bu da çox vacib amildi. Hər oyunçuyla ata, dost kimidi. Futbolda da oyunçularla ünsiyyət həqiqətən vacibdi. Karyeramda çox məşqçi olub və Şahin Diniyev kimi oyunçuya göstərilən diqqət doğrudan vacib amildi.
- - Türkiyədə təlim-məşq toplanışında oldunuz. Yeni mövsümə hazırlığınızı necə dəyərləndirə bildiniz?
- - Mövsümöncəsi orda yaxşı hazırlıq keçirdik, çox işlədik. Yaxşı formadayıq. Üç yoxlama matçı keçirdik - 2-si “Ərzurumspor”la, 1-si “Hatayspor”la. Çoxlu qol vəziyyəti yaratdıq, yaxşı futbol oynayırıq. Yorğun idik ki, bu da adi, normal haldı. Xoşuma gəlməyən yalnız budu ki, 3 matçda 6 top buraxdıq. Qolların demək olar hamısını standart vəziyyətlərdən buraxdıq. Bu, çempionatın başlamasınadək üzərində işləməli olduğumuz əsas məqamdı. Bir müdafiəçi olaraq qol buraxmağı sevmirəm, hətta nifrət edirəm, bu, mentaltetimdi, dəli oluram…Amma böyük əmək sərf etməklə bunu aradan qaldıracağıq, buna əminəm!
- - Bu işdə müdafiə xəttinizin üzərinə böyük yük düşür. Onlarla anlaşman necədi?
- - Mərkəz müdafiəçisiyəm və həmişə bu mövqedə oynamışam. Arxa xətdə anlaşmamız yaxşıdı. Yaxşı müdafiəçilərimiz var. Səylə işləməkdə davam edəcəyik ki, müdafiəçi kimi işimizi yaxşı yerinə yetirək.
- - “Səbail” daxil olmaqla Premyer Liqa klublarınızın bəzilərinin meydançası sünidi. Bu, sənə problem yaratmayacaq? Ümumiyyətlə, maraqlıdı, indiyədək sintetik qazonda top qovmusan?
- - Düzünü deyim ki, ilk dəfə sintetik meydançada oynayacam. Bir müddətdi məşq edirəm, amma heç vaxt oyun keçirməmişəm. Stadionumuzu görmüşəm, elə indi də sizinlə söhbət edəndə burdayam. Yaxşı görünür, süni qazon da normal görünür. Artıq bilirdim ki, burda ot örtüyü təbii deyil. Bu qazonda həm fiziki, həm də mənəvi planda oynayıb, maksimum gücümü ortaya qoymaq üçün hazıram!
- - Yeni mövsümdən nə gözləyirsən? Komanda olaraq qarşınıza hansı vəzifə qoyulub? “Səbail”də şəxsi məqsədin, hədəfin nə olacaq?
- - Liqada maksimum gücümü ortaya qoyacam. Yaxşı heyətimiz var ki, burda həm gənclər, həm də təcrübəlilər cəmləşib. İnşallah, turnir cədvəlində yuxarı yerlərdə qərarlaşaraq yaxşı mövsüm keçirərik. Hər şeydən əvvəl gözləntim özümlə bağlıdı ki, hər oyunda bütün gücümlə oynamağa, mübarizə aparmağa çalışacam. Konkret demək istəmirəm, amma bura turnir cədvəlində yuxarılarda ən yaxşı mövqelərdən birini tutmaq üçün gəlmişəm! Şəxsi məqsədim “Səbail” camiəsi üçün bu mövsüm maksimumu verərək ən yaxşısına fokuslanmaqdı.