Çempionlar Liqasında təmsilçimiz “Qarabağ” II təsnifat mərhələsində Cəbəllütariqin “Linkoln” klubuyla matçlarda itkiylə üzləşib.
Ağdam klubunun mətbuat xidmətinin rəhbəri Anar Hacıyevin Presssport.az-a verdiyi məlumata görə, mətbuat üçün açıq məşqdə iştirak etməyən hücumçu Musa Qurbanlı zədəlidi və müalicə alır.
Belə ki, Musa Avsyriya təlim-məşq toplanışı çərçivəsində Xorvatiyanın “Slaven” klubuyla qələbə topunu vurduğu yoxlama matçında (1:0) xəsarət alıb.
Amma zədə ciddi deyil, sadəcə, gənc futbolçunu bir müddət yaşıl meydanlardan kənarda qoyacaq. Belə ki, 22 yaşlı Qurbanlı 1 illik fasilədən sonra döndüyü “Qarabağ”da rəsmi debütü üçün ən azı 2 həftə gözləməli olacaq.
Xatırladaq ki ki, "Qarabağ" "Linkoln"la ilk matçını iyulun 23-ə səfərdə, cavab görüşünü iyulun 30-fa evdə keçirəcək.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC