Jurnalistlər şahmatda yarışdı

İyulun 21-də Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Şahmat Federasiyasının təşkilatçılığı ilə 22 iyul Milli Mətbuat Gününə həsr olunan idman jurnalistləri arasında şahmat turniri keçirilib. 

Presssport.az xəbər verir ki, yarışın reqlamentinə əsasən hər oyuna 10 dəqiqə vaxt ayrılmaqla hər gedişə 5 saniyə əlavə edilib. 

Yekunda Ceyhun Əliyev idman jurnalistləri arasında şahmat turnirinin qalibi olub. İlkin Vidadioğlu və Faiq Tahirov müvafiq olaraq 2-3-cü yerləri tutub. 

İlk 3 yeri tutan jurnalistlərə diplom və pul mükafatı təqdim olunub. Turnirin bütün iştirakçılarına təşkilatçılar tərəfindən hədiyyələr təqdim olunub.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC