Çayda boğularaq faciəvi şəkildə ölən klub prezidenti dəfn olunub

Çayda boğularaq faciəvi şəkildə dünyasını dəyişən II Liqa təmsilçisi “Ağdaş” klubunun prezidenti Rəhman Əliyev dəfn olunub.

Presssport.az xəbər verir ki, mərhum Ağdaş şəhər stadionunun yaxınlığında yerləşən qəbiristanlığında torpağa tapşırılıb.

Dəfn mərasimində əslən Ağdaşdan olan “Qarabağ”ın mətbuat xidmətinin sabiq rəhbəri Nurlan İbrahimov, “Qəbələ”nin ümumi işlər üzrə koordinatoru Səbuhi Qarayev iştirak edib. Əliyev sudan çıxarmaq məqsədilə çaya düşən dayısı oğlu, boğularaq ölən Fərid Ağazadəylə yanaşı dəfn olunub. Məzarlarının önünə idman ictimaiyyəti, klub rəhbərinin tələbələri, valideynləri adından əklillər qoyulub.

Xatırladaq ki, Əliyev evli olub, 3 övladı var.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC