AFFA Hakimlər Komitəsinə yenə əcnəbi mütəxəssis sədr təyin olundu

AFFA Hakimlər Komitəsinin yeni sədri müəyyənləşib. 

Presssport.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, belçikalı mütəxəssis Frank de Bleker bu vəzifəyə təyin olunub.

AFFA İcraiyyə Komitəsinin 2024-cü il iyulun 12-də keçirilən son iclasında Hakimlər Komitəsinin sədri məsələsi müzakirə olunmuş, namizədlərdən belçikalı Frank de Blekerin zəngin beynəlxalq təcrübəsi və peşəkar fəaliyyəti nəzərə alınaraq, müsbət rəy verilmişdi.

Müqaviləyə dair bəzi şərtlərin müzakirəsinə ehtiyac yaranmışdı. Həmin məsələlərlə bağlı razılıq əldə olunduğundan, belçikalı sabiq FIFA referisi ilə 3 illik müqavilə imzalanıb.

De Bleker iyulun 28-dən Misli Premyer Liqası və I Liqa hakimlərinin təlim-məşq toplanışına rəhbərlik edəcək.

Əlavə edək ki, 58 yaşlı keçmiş hakim Belçika çempionatının oyunları ilə yanaşı DÇ-2006, AVRO-2008 və DÇ-2010-nin, Çempionlar Liqasının və digər beynəlxalq matçları idarə edib.

Xatırladaq ki, son 5 ildə bu quruma əcnəbi mütəxəssislər - əvvəlcə avstriyalı Frits Ştuxlik, ardından türkiyəli Barış Şimşək sədr təyin olunub.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC