"Ümraniyespor"dan ayrılan Coşqun Diniyevin yeni klubu bəlli olub.
Presssport.az xəbər verir ki, milli komandamızın yarımmüdafiəçisi karyerasını yenə Türkiyədə davam etdirəcək.
Belə ki, 29 yaşlı Diniyev digər I Liqa təmsilçisi "Bandırmaspor"a keçib.
Təcrübəli futbolçu ilə 2024/25 mövsümünün sonuna kimi nəzərdə tutulan müqavilə imzalayıb.
Xatırladaq ki, Coşqun keçın mövsüm "Ümraniyespor"un heyətində meydana çıxdığı 33 rəsmi matçda 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC