Millinin baş məşqçisinin dron hiyləsi baha başa gəldi - FİFA cəzaları "yağdırdı"

FİFA Kanadanın qadınlardan ibarət milli komandasını cəzalandırıb.

Presssport.az,xəbər verir ki, bu barədə dünyanın ali futbol qurumu məlumat yayaraq, adıçəkiləm yığmanın baş məşqçisi Beverli Pristonun Paris-2024-də Yeni Zelandiya ilə oyundan öncə rəqibin məşq prosesini dronla izlədiyini, daha sonra Yeni Zelandiya Olimpiya Komitəsinin məsələ ilə bağlı Beynəlxalq Olimpiya Komitəsinə şikayət etdiyini açıqlayı.b

Kanada Olimpiya Komitəsi isə bu xəbərdən şoka düşdüklərini bildirərək, hadisəyə görə üzr istəyib. Priston bu hərəkətinə görə vəzifəsindən qovulub. 

FİFA Apellyasiya Komitəsinin qərarına əsasən, Kanada millisi 6 xaldan məhrum edilib və 200 min İsveçrə frankı məbləğində cərimələnib. Bundan başqa, yığmanın 3 üzvü 1 il müddətinə bütün yarışlardan kənarlaşdırılıb.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC