Mövsüm bitəndən sonra "Səbail”dən ayrılan Aleksandr Ramalinqomun yeni klubu müəyyənləşib.
Presssport.az xəbər verir ki, 31 yaşlı madaqaskarlı hücumçu karyerasını İsraildə davam etdirəcək.
Belə ki, Ramalinqom bu ölkənin yüksək liqasında mübarizə aparan və ötən mövsümü 6-cı pillədə başa vuran “Bney Saxnin” ilə müqavilə imzalayıb.
Xatırladaq ki, Aleksandr 2023/24 mövsümündə “Səbail”in heyətində Premyer Liqada vurduğu 15 qolla bombardirlər yarışında yalnız “Qarabağ”ın braziliyalı hücumçusu Juninyodan (20 qol) geri qalıb. Madaqaskarlı futbolçunun Azərbaycanda qalmaq varinatı olsa da, o, aldığı təklifdən üz çevirib.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC