Bu gün Azərbaycanın daha 3 idmançısı Paris-2024-də mübarizəyə başlayıb.
Presssport.az xəbər verir ki, yarışda əvvəlcə cüdoçularımız qüvvələrini sınayıb.
Cüdo
1/16 finalda Yaşar Nəcəfov (66 kq) Straxinya Bunçiçlə (Serbiya) üz-üzə gəlib. Rəqib vaza-ari xalı ilə qalib gəlib - 1:0.
Bayraqdarımız Gültac Məmmədəliyeva (52 kq) isə Anjelika Delqado (ABŞ) ilə qarşılaşıb. Delqado əlavə vaxtda qızıl 1 xal qazanaraq 1/8 finala yüksəlib və nəticədə Məmmədəliyeva mübarizəni başa vurub.
Boks
Boksçularımızdan ilk olaraq dünya çempionu Alfonso Dominges (92 kq) çıxış edib və mübarizəyə 1/8 finaldan qoşulub. Onun rəqibi 2 qat Olimpiya, 5 qat dünya çempionu olan Xulio Sesar la Krus olub (Kuba). Dominges güclü rəqibinə 3:2 hesabıyla qalib gələrək 1/4 finala yüksəlib.
Xatırladaq ki, Paris-2024 avqustun 11-də başa çatacaq.
Azərbaycan yarışa 48 idmançı ilə qatılıb. Onlardan 4-ü artıq mübarizəni medal qazanmadan dayandırıb.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC