Azərbaycan cüdoçusu Hidayət Heydərov Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında ilk görüşünə çıxıb.
Presssport.az xəbər verir ki, 73 kq çəki dərəcəsində yer alan idmançımız 1/8 final mərhələsində İsrail təmsilçisi Butbul Toharla üz-üzə gəlib.
Qızıl xal bölümündə rəqibini cərimə xalları hesabına məğlub edən 27 yaşlı Heydərov 1/4 finala yüksəlib.
Bununla da cüdo yığmamız hazırk Olimpiadada ilk qələbəyə sevinib.
Xatırladaq ki, Hidayət Avropa və dünya çempionudu.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC