Azərbaycan cüdoçusu Hidayət Heydərov Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında 1/4 final görüşünə çıxıb.
Presssport.az xəbər verir ki, 73 kq çəki dərəcəsində yer alan idmançımız kanadalı Artur Margelidon ilə qarşılaşıb. 30 yaşlı cüdoçu 2 dəfə Panamerikan Oyunlarının qalibi olmaqla yanaşı, bir neçə dəfə də Qran-pri yarışlarında gümüş və bürünc medal qazanıb.
Heydərov ağır keçən döyüşün əlavə vaxtında (golden score) ipponla qalib gələrək yarımfinala yüksəlib.
Hidayət bu raundda Akil Qyakova (Kosovo) ilə qarşılaşacaq. Rəqib 2021-ci ildə Avropa çempionu olub.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC