Cəfərquliyev 7:1-i aldadıcı sayır: "Braqa"yla dueldə mərhələni biz keçmək istəyirik, keçə də bilərik, şansımız var"

“Qarabağ” Azərbaycan kubokunun ¼ final mərhələsinə “Sabah” üzərində 7:1-lik səfər qələbəsiylə başladı. Ağdam klubunun millimizin də üzvü olan sol cinah müdafiəçisi Elvin Cəfərquliyev Masazırdakı matçdan sonra Presssport.az-ın əməkdaşının suallarını cavablandırıb.

  • - Səmimi olsan, bu hesabı gözləyirdiniz?
  • - Açığı, yox. Oyunun çətin olacağını gözləyirdik, elə də oldu. Məncə, hesaba aldanmaq olmaz. Cavab matçına hazırlaşacağıq.  İlk oyuna necə hazırlaşamışdıqsa, təkrar qarşılaşmaya da elə hazırlaşacağıq. 
  • - Bu, “Qarabağ”ın maksimumudu, yoxsa bundan da güclü oynaya bilərsiniz?
  • - Düzü, rəqib arxada bir az boşluqlar verirdi. Düşünürəm ki, bundan maksimum istifadə etdik. Amma demək olmaz ki, bu, maksimum göstərə biləcəyimiz oyundu.
  • - Keçən mövsümdə çempionluq uğrunda rəqibiniz, indi də medallar uğrunda mübarizə aparan “Sabah” kimi güclü rəqibi belə hesabla məğlub edir. Bu, nəyin göstəricisidi? “Qarabağ” çox güclənib, yoxsa...?
  • - Deməzdim ki, "Sabah" zəifləyib, o da çox güclü komandadı. Düzdü, ötən mövsümlə müqayisədə bir az zəifləyib. Amma 7:1 hesabı ilə qalib gəlməyimiz onu demir ki, “Sabah” zəifdi. Bizə çətinlik yaradan komandalardandı.
  • - Kubokda finala gedən yol “Qarabağ” daha çətindi. Bunu dəf edərək finala çxımaq, kuboku çıxmaq perspektivinizi necə dəyərləndirərdin?
  • - Əlimizdən gələnin maksimum edəcəyik ki, finala adlayaq, kuboku başımızın üzərinə qaldıraq. Bilirsiniz ki, kubok ayrı bir tituldu. Bu il də finala çıxıb, kuboku götürmək istəyirik.
  • - Premyer Liqada ən yaxın izləyicinizdən 15 xal irəlidəsiniz. Necə motivasiya olunursunuz oyunlara?
  • - Düzdür, bu cür xal üstünlüklərimiz olanda motivasiya baxımından bir çətinliklərimiz olur. Amma komandamızda təcrübəli futbolçular çoxdu. Xal fərqinin böyük olmasına baxmayaraq, mübarizəni sonadək davam etdirəcəyik, “boşalmayacağıq”. 
  • - Rəqibsizliyə görə sıxılmırsınız? Misal üçün keçən mövsümkü “Sabah” üçün darıxmırsınız?
  • - Bəli, bu mövsümlə müqayisədə keçən mövsüm daha çox mübarizə var idi, indisə zəifdi. Amma elə fikirləşmirik, heç nəyə baxmadan mübarizə aparacağıq.
  • - Qış fasiləsindən sonra özünü hansı formada hiss edirsən?
  • - Açığı, qış fasiləsindən sonra oyun performansında çətinliklər olur. Tək məndə yox, ümumi komandada istirahətdən gələndə bir az çətinlik yaşanır. Amma çalışacağıq ki, maksimum formamızı toplayaq.
  • - Avropa Liqasının pley-off mərhələsində “Braqa” ilə oyunlara getdikcə az vaxt qalır. Rəqib haqda məlumat toplayırsınız, oyunlarını izləyirsiniz?
  • - Açığı, komanda şəkilində “Braqa”nın oyunlarını hələ analiz etməmişik. Ancaq oyunları və futbolçuları ilə maraqlanırıq. Vaxt var, oturub analiz edəcəyik. 
  • - Ən əsası, “Braqa” Portuqaliyanın ən iddialı komandalarındandı, yaxında bu ölkənin Liqa Lubokunu qazanıb. Belə gücül rəqibi keçməyiniz nə dərəcədə realdı?
  • - Bilirik ki, çox güclü komandadı, adı üzərindədi, Top klublardandı. Biz də əlimizdən gələni edəcəyik ki, komanda olaraq onlara çətinlik yaradaq. Niyə də yox? Mərhələni biz keçmək istəyirik, keçə də bilərik, şansımız var. Bura qədər gəlmişiksə, deməli, şansımız var. Bundan sonra da mübarizə aparacağıq. 
  • - Portuqallar çox sürətli oynayırlar. “Qarabağ” o tempə davam gətirə bilərmi?
  • - Əlbəttə. Rəqib sürətli və dinamik futbol oynasalar da, bizim komanda da bu cür oyun göstərir. İnşallah, baxacağıq, görəcəyik.
  • - Səncə, üzvü olduğun milli komandamızda indiki məqamda yerli, yosa əcnəbi baş məşqçi təyinatı daha doğrudu?
  • - Bu məsələylə bağlı çox danışmasam, daha yaxşıdı. Əsas odur ki, kim gəlir-gəlsin, milli komandaya xeyirli bir məşqçi olsun. 


 


 


 



 

  •  


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC