"Elcan Hacıyevə qarşı heç bir hakim ədalətsizliyi olmayıb" - Cüdo Federasiyasının icraçı vitse-prezidenti

Azərbaycan Cüdo Federasiyasının (ACF) icraçı vitse-prezidenti Rəşad Rəsullu cüdoçu Elcan Hacıyevin Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında fransalı rəqibi Nqayap Hambu ilə görüşdə hakimin qərəzli qərarları ilə üz-üzə qalması iddialarına münasibət bildirib.

Presssport.az xəbər verir ki, qurum rəsmisi yazılanları əsassız sayır: "Bəzi saytlar və sosial şəbəkələrdə hakimin ədalətsiz qərar qəbul etməsi barədə yazılar dərc olunmağa başladı. Bildirmək istəyirəm ki, idmançımız fənd işlətməzdən əvvəl görüşün baş hakimi ona "dayan" işarəsi vermişdi. Belə olan halda, heç bir texniki hərəkət qiymətləndirilmir. Elcan Hacıyevə qarşı heç bir hakim ədalətsizliyi olmayıb. Hər şey qaydalara uyğun idi". 

Xatırladaq ki, Avropa çempionu Hacıyev 1/8 finalda məğlub olaraq turnirlə vidalaşıb və üstəlik, ciddi zədələnərək xəstəxanaya aparılıb və çiynində sınıq aşkarlanıb. 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC