Məhəmmədəliyev heç vaxt özünü Akinfeyevlə müqayisə etməyib: "Lakin ona çatmaq istəyirdim, məqsədim vardı"

“Akinfeyevin səviyyəsində oynaya biləcəyimi və ona çatacağımı düşünmürdüm. Lakin istəyirdim, məqsədim vardı”.

Presssport.az xəbər verir ki, bunu "Qarabağ"ın və Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyev Rusiya mətbuatına açıqlamasında deyib.

O, bu ölkənin ən güclü qapıçılarından, Moskva MOİK-inin kapitanı da olan 38 yaşlı İqor Akinfeyevlə heç vaxt özünü müqayisə etmədiyini gizlətməyib: “Hər gün məşqlərdə bu hədəfə doğru getmək üçün çalışırdım. Gündə 2-3 dəfə məşq edirdim. Heç bir şey etmirsənsə, niyə oturub gözləməlisən? Nəyisə dəyişmək üçün mütləq cəhd etməlisən”.

Xatırladaq ki, 2016-23-cü illərdə "Qarabağ"ın formasını geyinən 30 yaşlı Məhəmmədəliyev iyulun 18-də yenidən Ağdam klubuna qayıdıb. O, 4 ildir millimizin əsas qapıçısı sayılır. 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC