Paris-2024: Kotsoyev yarımfinala çıxdı, rəqibi dünya çempionu oldu

Azərbaycanın cüdo millisinin üzvü Zelit Kotsoyev bu gün Paris-2024 Yay Olimpiya Oyunlarında uğrulu çıxışını davam etdirir. 

Presssport.az xəbər verir ki, Kotsoyevin startda ipponla qalib gələrək yüksəldiyi 1/4 finalda rəqibi Peter Palçik (İsrail, dünya reytinqi 11) olub.  İsrailli cüdoçu 2020-ci ildə Avropa çempionu, 2023-cü ildə isə dünya çempionatının bürünc medalçısı olub. Kotsoyev bu gorüşdə də qələbə qazanaraq (vaza-ari xalı ilə) yarımfinala vəsiqə qazanıb. 

Bu mərhələdə onun rəqibi Muzaffarbek Turoboyev (Özbəkistan, dünya reytinqi 4) olub. Turoboyev dünya (2022-ci il) və Asiya (2024) çempionudu.

Yarımfinal görüşləri Bakı vaxtı ilə saat 18:00-dan başlayacaq.

Xatırladaq ki, Azərbaycan Paris-2024-ün cüdo yarışlarına 9 idmançı ilə qatılıb. Onlardan 7-si mübarizəni artıq başa vurub və yalnız Hidayət Heydərov medal (qızıl) qazanıb.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC