PFL Misli Premyer Liqasının ilk turunda edilən dəyişikliklə bağlı rəsmi məlumat yayıb.
Presssport.az xəbər verir ki, ölkəmizi Konfrans Liqasında təmsil edən “Sabah”ın rəsmi müraciəti, “Şamaxı”nın rəsmi razılıq məktubu, Peşəkar Futbol Liqasının qərarı ilə Masazır təmsilçisinin növbəti mərhələyə daha yaxşı hazırlaşması və mümkün zədələrin qarşısının alınması məqsədi ilə I turun “Şamaxı” – “Sabah” ilə XVIII turun “Sabah” – “Şamaxı” matçlarının yeri dəyişdirilib.
I tur
4 avqust (bazar)
“Sabah” – “Şamaxı”
“Bank Respublika Arena”, 17:30
Onu da bildirək ki, komandaların əvəzedici heyətlərinin görüşü əvvəlcədən açıqlandığı kimi baş tutacaq.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC