"Ludoqorets"in almaniyalı legioneri: "Qarabağ"ın “Bayer”lə oyunlarına baxmaq kifayət edir"

Bolqarıstanın “Ludoqorets” klubunun qapıçısı Hendrik Bonmann Çempionlar Liqasının III təsnifat mərhələsində “Qarabağ”a qarşı olacaq dueldən danışıb.

Presssport.az xəbər verir ki, Razqrad klubunun almaniyalı qolkiperi Ağdam təmsilçisi ilə görüşlərdə şansları oldularını deyib: “Bu matçlar çox çətin olacaq. Buna əmin olmaq üçün “Qarabağ” – “Bayer” matçına baxmaq kifayətdi. Turnirin hər yeni mərhələsi getdikcə çətinləşir və yaxşı azırlaşmalıyıq. Düşünürəm ki, “Qarabağ”a qarşı oyunlarda şansımız var”.

Bonmann matçların məkanlarının ardıcıllığına önəm verməyib: "İlk oyunu harada keçirməyin daha yaxşı olduğu barədə heç nə deyə bilmərəm. Səfərdə yaxşı çıxış edib, sonra azarkeşlərimizin qarşısında yaxşı oynamaq istəyirik".

Xatırladaq ki, avqustun 6-da Tofiq Bəhramov adına Respublika stadionundakı ilk matç saat 20:00-da start götürəcək. Səfərdəki cavab görüşü avqustun 13-də Bakı vaxtı ilə saat 22:00-da keçiriləcək.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC