Paris-2024: Kokauri 1/4 finalda uduzdu, medal şansını saxlayır

Paris-2024-də iştirak edən Azərbaycanın cüdo millisinin sonuncu - 9-cu üzvü Uşanqi Kokauri (dünya reytinqində 17-ci) yarışda 1/4 final görüşünə çıxıb. 

Presssport.az xəbər verir ki, bu mərhələdə Kokauri dünya reytunqdə 1-ci olan cənubi koreyalı Kim Minyonqla qarşılaşıb.

Kokauri mayda dünya çempionatının qalibi olan güclü rəqibinə vaza-ari xalı ilə uduzub.

Bununla belə, o, bürünc medal şansını saxlayır. Belə ki, milliləşdirilən gürcü legionerimiz 3-cü yer uğrunda təsəlliverici görüşlərə çıxacaq.

Xatrırladaq ki, daha əvvəl cüdoda Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) Olimpiya çempionu olub, qalanları isə yarışı medalsız başa vurub.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC