Samir Abasovun kədərlənməyə vaxtı yoxdu: "Fikirləşmirəm ki, Riad Rəfiyevlə münasibətimiz pisdi"

"Sumqayıt" Misli Premyer Liqasının ilk turunda doğma meydanda "Kəpəz"i 2:0 hesabı ilə məğlub edib.

Presssport.az xəbər verir ki, "kimyaçılar"ın baş məşqçisi Samir Abasov oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandıraraq öncə görüşü dəyərləndirib

- Çox ağır vəziyyətdə oyuna çıxmışdıq. Psixoloji durumumuz yaxşı deyildi. "Fehervar"la matçın məyusluğu hələ keçməmişdi. 13 saat yolda olduq. Hazırlıq üçün bir gün vaxtımız var idi. Uşaqlar çox güc qoydular, enerji itirdilər. Futbolçulara təşəkkür edirəm.

- Tempinə aşağı olması yorğunluqla bağlıdı?

- Çempionatın oyunlarına baxanda görürsən ki, temp belədir. Hava şəraiti də öz sözünü deyir. Bu gün bürkü idi. Amma ilk oyun olduğuna görə belə hallar çox baş verir. İki komandada da dinamika düşmüşdü. Bu gün çox yorğun idik.

- Bu yeniyetmələrlə hara qədər gedəcəksiniz?

- Gənc, yeniyetmə olsun, fərqi nədir? Onlar hamısı komandamızın üzvüdü. Onlar da özlərini göstərməlidi

- Əlinizdə olan heyətlə hədəf Premyer Liqada qalmaq olacaq?

- İndi hədəf harda danışmayacam. Əlimdə 13-14 futbolçu var. Onlarla da ən yaxşısını etməyə çalışacam. Hər oyuna qələbə üçün köklənəcəyik.

- Klub prezidenti Riad Rəfiyevlə münasibətləriniz necədir?

- Hər şey normaldı. Bu gün çox yaxşı futbol oynadıq və qalib gəldik. Mənə əsas lazım olan budur. Soyuqluq hiss etməmişəm. Hamımız situasiyanı anlayırıq. Bəlkə də kimlərsə aşırı kədərlənib. Mənimsə kədərlənməyə vaxtım yoxdu. Fikirləşmirəm ki, münasibətimiz pisdi.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC