Ağdamdan Yusifi dəstəkləməyə gələn anası gələcəkdə "Qarabağ"lı olmasına görə fəxr edər: "Futbolçu olmağına qarşı çıxmışam"

“Sabah” Konfrans Liqasında yeni mövsümdə startda Hayfa “Makkabi”si kimi güclü rəqibə düşsə də, onu keçə bildi. Bunda böyük rolu olan gənc qapıçısı Yusif İmanova Masazırda stadiona dəstəkləyənlərdən biri anası Aliyə xanım idi. O, Presssport.az-ın müsahobəsində bir sıra mətləblərdən söz açıb. 

- Bir ana olaraq 120 dəqiqəlik oyunu və bundan sonra ən həyəcanlı anlar olan oyunsonrası penaltilər seriyasını necə keçirdiniz?

  • - Çox həyəcanlı keçirdim həqiqətən. Həyəcanla bərabər sevinc hissləri də yaşadıq. Yusifin komandanının, özünün bugünkü oyunu bizim üçün çox fəxr oldu. Bu qələbə münasibətilə bütün xalqımızı, bütün “Sabah” kollektivini təbrik edirəm. 
  • - Oğlunuzdan belə gözəl çıxış gözləyirdiniz?
  • - Yusifdən həmişə yaxşı oyun gözləmişik. Doğrudan da belədi. Düzünü desəm, həqiqətən çox çətin oyun idi. Amma uğurlu olacağına inanırdıq. 
  • - Qapıçılar belə oyunlarda əsasən penaltilər seriyasında diqqət mərkəzində olur, seçilir, fərqlənir. Bəs, penaltilər seriyasında Yusifin belə inamlı oynayacağına inanırdınız?
  • - Düzünü desəm, o qədər yox. Amma Yusifə həmişə inanmışıq. Sadəcə, çox narahat idik ki, yekunda məğlubiyyət olarsa, Yusif məyus olar. Məlum məsələdi ki, rəqib çox güclü idi. Bununla belə, oğlum bu çətin işin öhdəsindən gəldi.
  • - Valideyn olaraq oyundan əvvəl Yusifə nə tövsiyə elədiniz?
  • - Oyundan həmiçə dua eləmişik Yusifin istəyinə uyğun olaraq. Tövsiyə də eləmişdim ki, həmişə irəli baxsın, udacağına inansın. 
  • - Maraqlıdı, necə bir uşaq olub Yusif? Dəcəl olub?
  • - (gülür) Bəli, dəcəl olub, çox dəcəl. Amma uşaqlıda eyni zamanda futbolla çox nəfəs alıb. 
  • - Kim bu həvəsi yaradıb onda? Nəslinizdə futbolçu olub?
  • - Yox, düzü, nəsildə olmayıb. Sadəcə, atam çox futbol həvəskarı olub. Eyni zamanda Yusifib ata babası. Oğlumun uşaqıqdan çox futbola həvəsi olub. Bütün məktəbi, təhsili futbola görə atıb. 
  • - Atası futbola getməsinə qarşı çıxmayıb?
  • - Yox, bir ana olaraq mən qarşı çıxmışam. Amma bu gün də peşman olmamışam. 
  • - Niyə qarşı çıxırdınız?
  • - İstəyirdim ki, ali təhsil olsun, oxusun, hansısa bir iş sahibi olsun. Amma bu gün fəxr edirəm ki, Yusif futboldan çəkilmədi. Onu da deyim ki, həmişə bir valideyn olarq bütün çətin anlarında ona dəstək olmuşam. 
  • - Bildiyim qədərilə digər oğlunuz da futbolçu olub, sadəcə, zədə üzündən erkən bitirməli olub…
  • - Bəli, o da oynayırdı. Diz bağları qopmuşdu. Bu, olmasaydı, Cavid yaxşı bir hücumçu olardı.
  • - Yusfin bir qapçı yetişməyində kimin rolunu xüsusi qeyd dərdiniz?
  • - İlk müəllimi Zakir Dadaşovun. Onun sayəsində futbolu sevib və bu səviyyəyə gəlib çıxıb. Ağdamda başlayıb, sonra “Qəbələ” Futbol Akademiyasında 1,5 il olub. Ardından Bakıya gələrək “Vətən” Futbol Məktəbina cəlb olunub, sağ olsunlar, yetişməyində onların da böyük payı var.
  • - AğdamlısInız, amma Yusif heç vaxt "Qarabağ"da olmayıb….
  • - Elədi. Əslində, oğlum “Qarabağ”a təklif olunub, sadəcə, qalmaq məsələsində problemi olduğundan alınmadı. “Sabah”da belə şərait olduğuna görə ora getdi. Onda Yusif uşaq idi axı… 
  • - Artıq böyüyüb tanınır. “Qarabağ”ın formaısnı geyinməsini istərdiniz?
  • - Yəqin, artıq öz fikri olar bu barədə.
  • - Bir ağdamlı olaraq istəyərdinizmi “Qarabağ”ın qapıçısı olmasını?
  • - Bəli. Fəxr olardı ki, Yusif “Qarabağ”da oynasın. Özümüz Ağdamda yaşayrıq, Xındırıstan kəndində. Mən müəlliməyəm, kəndimizdə musiqi məktəbində işləyirəm. Atası sürücüdü, Rusiyada olur. 
  • - Hər dəfə ordan bura gəlirsiniz?
  • - Bəli, vacib oyunlarına gəlirəm. Bilirdik ki, çətin, vacib matçıdı. Hər halda. avrokubok matçıdı dəstək olmalyıq. 
  •  

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC