Diniyev 1:4-ə görə əsas məsuliyyəti öz üzərinə götürdü, 2 tur gözləməyi məsləhət gördü: “Səbail” Premyer Liqada qalmaq üçün oynamayacaq"

“Əfsuslar olsun ki, bizdə bu gün hər şey uğurlu alınmadı. Yeni komandayıq. Hesabın böyük olmasının səbəbini deyək. İlk dəfə idi ki, bu futbolçular eyni heyətdə oynayırdı. Legionerlər bu çempionatın yükünü bilmirdi, asan olduğunu fikirləşirdi. İlk yarıda istədiyimizi ala bilmədik. Səhvlərimizi bildik. Komanda dominant oynamağa çalışdı, alındı. Yarım qol vəziyyətlərindən qollar buraxırıq. Gənclərimiz var. Yaxşı komanda olacağıq. Nəticə nikbin baxmağı demir. İddialı komandalardan biri olacağıq".

Presssport.az xəbər verir ki, bu sözləri “Səbail”in baş məşqçisi Şahin Diniyev Misli Premyer Liqansıın I turunda “Zirə”yə 1:4 hesabıyla uduzduqları səfər görüşündən sonra keçirilmiş mətbuat konfransında deyib.

O, ardından jurnalistlərin suallarını cavablandırıb:

- Fərid Nəbiyevə tez-tez iradlar bildirirdiz. ilə bağlıdı?

  • Onun potensialına bələdəm. Hələ ki, tam formasına düşməyib. İlk yarıda buraxdığımız qollara görə dəyişiklik etdik.

- Azərbaycanlı qapıçı tapmadız, yoxsa necə?

- Çox istəyirəm ki, limit olanda qapıçı yerli olsun. Hüseynəli də perspektivlidi, neçə illərdir ki, zamanını gözləyir. Çempionatın yaxşı qapıçılarından biri olacaq.

- İlk turdan sonra digər komandaları da gördüz. “Səbail”in potensialını neçə turdan sonra görəcəyik?

- İki tur. Birinci hissədən sonra istədiyimi ala bildimsə.. İkinci hissə uduzmadıq - həm hesaba, həm də oyuna görə. Onu ala bildiksə, çox yaxında. Daha bir oyun problemimiz ola bilər. Amma üçüncü oyunda stabil oynayacağıq. Bu gün şən futbol oynayırıq. Müdafiədə çox səhv buraxa bilərdik. Yeri gəlmişkən, “Zirə”ni təbrik edirəm - həm bugünkü qələbə və avrokuboklarda 2 mərhələ keçdiklərinə görə.

- Taktiki səhvlərə görə bu cür uduzduz?

- Üstündən atmaq üçün deyərəm, fərdidir. Mən də məsuliyyəti dərk edirəm. Bu məğlubiyyət mənimdi. Məni çox narahat edən standart vəziyyətdən buraxılan bəsit qollardı. Burda isə artıq taktikadan söhbət gedə bilməz. Dördüncü qola baxın, niyə müdafiəçilər geri çəkildi, qarşılamadı? Cibrila 30 metr sərbəst gəldi, heç kim onu qarşılamadı. 

- Hədəfiniz olacaq?

- Konkret içimdən gələni deyim: “Səbail” Premyer Liqada qalmaq üçün oynamayacaq.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC