Cəlal Hüseynov "Ludoqorets"i incələdi, "Qarabağ"ı çox şanslı saydı: "Vurğuladığım 2 futbolçunu bağlayanda..."

  • “Qarabağ”ın Çempionlar Liqasının II təsnifat mərhələsində rəqibi olan "Ludoqorets" millimizin üzvü Cəlal Hüseynov çox tanışdı. Axı, bu gənc müdafiəçi 2-ci mövsümdü Bolqarıstanda legioner həyatı yaşayır. "Arda"nın futbolçusu olan Hüseynovla söhbətləşməyi məqsədəuyğun saydıq. 
  • - Komandanız üçün yeni mövsümün startını nə dərəcədə qənaətbəxş sayma qolar?
  • - Artıq 3 tur arxada qalıb və 4-cü tura hazırlaşırıq. İlk turda haqsız məğlubiyyət aldıq. O mənada ki, yaxşı şanslarımız vardı, lakin bunları dəyərləndirə bilmədik. Yekunda da 0:1 uduzduq. İkinci turda derbidə qalib gəldik. Üçüncü turda isə böyükhesablı məğlubiyyət oldu “Ludoqorets”dən. Deyə bilərəm ki, 2 fərqli hissə oldu. Fikrimcə, fasiləyədək “Ludoqorets”dən daha yaxşı oynamışdıq. Sadəcə, ilk 45 dəqiqədə buraxdığımız 2 qol bir az ruh düşkünlüyünə gətirib çıxardı. İkinci hissə başlar-başlamaz “yediyimiz” qoldan sonra isə bizdə bütün oyun tamamilə “çökdü” və yekunda 1:4 hesablı məğlubiyyət baş verdi.
  • - Qüvvələr nisbətində belə fərq var ki, hesabda bu, özünü əks etdirdi?
  • - Əlbəttə, böyük bir fərq var. Onlardan sadəcə 11 yox, 20-25 yaxşı futbolçu var. Yəni, gücləri eyni səviyyədə olanları nəzərdə tuturam. Hansılar ki, oyuna girib ümumən nəyisə dəyişə bilərlər. Dediyim kimi, ilk hissədə daha yaxşı oyunumuz vardı. Hətta ilk qoldan sonra üstünlük bizim tərəfdə idi. Yəni, oyun əlimizdə idi, sadəcə, buraxdıqlarımızı görsəniz, elə-belə qollar idi. Bu da böyük ruh düşkünlüyünə gətirdi ki, sonda nəticə belə oldu. 
  • - “Gəlin, “Ludoqorest”i incələyək. Çünki ”Qarabağ"ın ÇL-də III təsnifat mərhələsində rəqibidi. Püşkdə bu komanda düşəndə, komandanızda nə müzakirə olundu? Bolqarlar səndən nə soruşdular? Yoxsa “Qarabağ”ın xüsusi təqdimata ehtiyacı olmadığından, qarşıdakı duel böyük ajiotaj doğurmadı?
  • - Püşkdə bu komandalar düşəndə, baş məşqçimizlə söhbətləmişdik. Özü də danışdı, soruşdu indi hansı formadadırlar, necədi komanda, futbolçulardan kim gedib, kim qalıb. Onlara dedim ki, “Qarabağ” gəlir, məncə, keçəcək. Onlar da bunu görürlər, düşünürlər. Çünki "Qarabağ"ın gücünü tam fərqli görürlər.
  • - “Ludoqorets”i ən yaxşı tanıyan və ona qarşı oynayan tək azərbaycanlı futbolçu olaraq nə deyərdin hazırkı gücü haqda? Əsas hansı komponentlərdə seçilir? Hansı üstün və zəif cəhətləri var?
  • - Belə deyim ki, tək-tək götürsək, yaxşı futbolçulara malikdirlər. Ümumən həqiqətən yaxşı heyətləri var. Əsas da sürətli futbolçulara malikdirlər. Xüsusilə ön xətdə oynayanlar. Qanalı Bernard Tekpetey var hücumda ki, onu fərqləndirmək istəyərdim. Deyə bilərəm ki, lider futbolçudu. Orta sahədə isə polşalı Yakub Pyotrovski var ki, o da oyunu idarə edən, ən vacib oyunçulardan biridi. Ümumiyyətlə, yaxşı keçid edə bilərlər, çox sürətli hücuma çıxa bilirlər. Futbolçularının texniki bacarıqları üstün olduğu üçün qısa məsafələrdə də yaxşı şeylər edə bilirlər. 
  • - “Ludoqorets” 9 ildi ardıcıl qrupa düşüb, “Qarabağ”da bu 11-ci dəfə olacaq. Yəni, təxminən oxşar nəticələri və hər ikisi öz ölkələrinin hegemonlarıdı. Amma bizim çempion bu cütdə favorit göstərilir. Səncə, "Qarabağ"ın əsas üstünlüyü nədi “Ludoqorets” üzərində ki, hətta proqnozsevərlər də şanslarımızı yüksək qiymətləndirirlər?
  • - Məncə, "Qarabağ"ın tam üstünlüyü ondadı ki, ümumiyyətlə, komanda oyunu var və hər kəs bunda pay sahibinə malikdi. Sistemli oyun gedir. Amma hal-hazırda “Ludoqrorets” bir az individual oyuna üstünlük verilir və təbii ki, bütün futbolçuları yaxşdı, amma vurğuladığımz 2 futbolçunu bağlayanda, komandanın da oyunu getmir. Liderləri olmayanda da oyunları alınmır Bolqarıstan çempionunun. Bunu vurğulamqq istərdim ki, “Qarabağ”ın gücü komanda oyunundadı və güclü sayılması heç təəccüblü deyil. 
  • - Eləsə bolqarları keçməq şanslarımızı necə görürsən? Hər halda, öz ölkəsinin çempionudu, böyük qrup təcrübəsi var və heç də asan olmayacaq….
  • - Bəli, əlbəttə ki, asan olmayacaq. Amma düşünürəm ki, 60-70 faiz şansları "Qarabağ"ın xeyrinə demək olar. İnanıram ki, çempionumuz öz oyununu oynayıb inamlı qələbəylə turu keçəcək. Təbii ki, hər şey ola bilər və sonluğu oyundan sonra görəcəyik.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC