Azərbaycanın qadın güləşçisi Mariya Stadnik sosial media hesablarında paylaşım edib.
Presssport.az xəbər verir ki, karyerasında 5-ci dəfə Yay Olimpiya Oyunlarında iştirak edən və ötən gün Paris-2024-ün 1/4 finalında uduzaraq medalsız qalan 36 yaşlı milliləşdirilən ukraynalı idmançı paylaşımında üzülmədiyinə işarə vurub: "İdman tarixim artıq yazılıb - 4 Olimpiya medalı...İnsan planlaşdırır, amma Allah hər zaman bizim üçün ən yaxşısını bilir. 17 il ərzində böyük qürurla Azərbaycanın adını təmsil etdim, bu yolda məni dəstəkləyən və mənimlə olan hər kəsə təşəkkür edirəm. İndisə başqa bir tarix yazmağın vaxtıdı”
Xatırladaq ki, London-2012 və Rio-2016-nın gümüş mükafatçısı olan Stadnik Pekin-2008 və Tokio-2020-də bürünc medal qazanıb.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC