Ehtiram Quliyev hər kəsi maraqlandıran suala cavab verdi: "Rəhbər olaraq qərar vermək məcburiyyətində idim, bu dönəmdə 3 gecə narahat yatmışdım”

“Neftçi” – “Turan Tovuz” qarşılaşmasından sonra (0:0) Ehtiram Quliyev kifayət qədər sevincli görünürdü.

Presssport.az xəbər verir ki, bölgə təmsilçisinin rəhbəri, başqa cür desək, sponsor adamı hakimin final fitindən dərhal sonra paltardəyişmə otağına baş çəkib komanda üzvlərini səfərdəki 1 xala görə təbrik etdi.

Ehtiram bəylə müsahibədə komandada yaşanan dəyişikliklər, qarşıda duran hədəflər, Tovuz stadionunda görülən işlərlə bağlı suallara cavab tapmaq yerinə düşərdi.

Mətbuata açıq olması ilə seçilən Quliyev bu dəfə danışmaq istəmədiyini deyib, söhbəti başqa vaxta saxlamağı xahiş etsə də, hər kəsi maraqlandıran sualı - Ayxan Abbasovun Kurban Berdıyevlə əvəzlənməsinin “niyə”sini açıqladı: “Ayxan Abbasov bacarıqlı məşqçi, möhtəşəm insan, sadiq dostdur. Dostluğumuz bu günə qədər davam edir və edəcək də.

Sadəcə, fərqli futbol baxışına ehtiyac duyduğumuzu düşündük. Mənim üçün o qərarı vermək o qədər çətin idi ki…Lakin rəhbər olaraq qərar vermək məcburiyyətində idim. Qərar verdiyim dönəmdə üç gecə narahat yatmışdım. Ayxan hocaya uğurlar arzulayıram. Ümid edirəm ki, bir gün yollarımız yenə kəsişəcək”.

2022-2024-cü illər aralığında “Turan Tovuz”u çalışdırmış Ayxan Abbasov Premyer Liqaya vəsiqə qazanan “Şamaxı”nın “sükanı” arxasındadır (sportinfo.az).

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC