Bəhlul Mustafazadə "bu, son deyil" deyir: "Bolqarıstanda mərhələ keçmək üçün əlimizdən gələni edəcəyik"

"Ludoqorets"in çətin rəqib olduğunu bilirdik. Fikrimcə, yaxşı oynadıq. Amma təəssüflər olsun ki, sonda qol buraxdıq və uduzduq".

Pressport.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın futbolçusu Bəhlul Mustafazadə Çempionlar Liqasının III təsniat mərhələsində "Ludoqorets"ə uduzduqları ilk oyundan (1:2) sonra jurnalistlərə açıqlamasında deyib.

27 yaşlı müdafiəçi rəqibi onları yaxşı analiz etdiyini vurğulayıb: "Əlbəttə ki, bunu gözləyirdik. Artıq bütün Avropada bizi az-çox tanıyırlar. Buna baxmayaraq, çoxsaylı şans yarada bildik. Bolqarıstanda imkanlarımızdan yararlanmağa çalışacağıq".

Mustafazadə matçdakı hakim qərarlarına da toxunub: "Əlbəttə ki, bütün komanda olaraq hakimin sarı vərəqələr verməsinə etirazımız oldu. Çünki bəzən çox sadə epizodlarda sarı vərəqə göstərirdi. Məsələn, bir epizoddan 2 saniyə əvvəl futbolçumuza qarşı qayda pozuntusu olsa da, oyunu saxlamırdı, amma bizi dərhal dayandırırdı. Lakin bunlar bəhanə deyil. Səhvlərimizdən nəticə çıxaracağıq. Çalışacağıq ki, səfərdə qələbə qazanaq".

Bəhlul səfərdəki cavab oyununda mərhələ adlayacaqlarına inandığını söyləyib: "İlk oyunda şanslarımızdan istifadə edə bilmədik. Lakin bu, son deyil. Bolqarıstanda mərhələ keçmək üçün əlimizdən gələni edəcəyik".

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC