Çempionlar Liqasının III təsnifat mərhələsində "Qarabağ"ın rəqibi olan "Ludoqorets"in futbolçusu Bernard Tekpetey əməliyyat olunub.
Presssport.a əz xəbər verir ki, qanalı vingerin əməliyyatı Avstriyada baş tutub. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Tekpetey Bakıda "Qarabağ"la baş tutan ilk matçda Kevin Medina ilə mübarizə zamanı zədələnib. 26 yaşlı ön xətt oyunçusunun baldır sümüyü sınıb. O, bir həftə sonra xəstəxandan çıxaraq Razqard şəhərinə geri dönəcək.
Xatırladaq ki, "Qarabağ"la "Ludoqorets" arasında Bakıda keçirilən ilk oyun Bolqarıstan təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Komandaların cavab görüşü avqustun 13-də baş tutacaq.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC