Xorvatiyanın “Osiyek” klubunun baş məşqçisi Federiko Koppitelli Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyununda “Zirə” ilə bərabərə qalmaqlarını şərh edib.
Presssport.az xəbər verir ki, italiyalı mütəxəssis təmsilçimizlə 1:1 hesablyla nəticələnən görüşün onların nəzarəti altında keçdiyini vuğrulayıb: “Amma bir səhv ən yaxşı nəticəni əlimizdən aldı. “Zirə”yə heç nəyə imkan vermədik. Onların hücumçularına çox yaxşı nəzarət etdik. Lakin səhvlərdən sonra inkişaf etməliyik. Öz oyunumuzdan əl çəkmədik. Bir anda özümüzü çoxlu yorğun insanların olduğu bir sahədə gördük. Düzünü desəm, matç zamanı məndən “Zirə”nin bizə qol vura biləcəyini soruşsaydınız, “yox” cavabını verərdim”.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC