"Sent-Patriks"in baş məşqçisi: "Bilmirəm, necə oldu ki, "Sabah"a daha çox qol vurmaq alınmadı"

İrlandiyanın “Sent-Patriks” klubunun baş məşqçisi Stiven Kenni Konfrans Liqasının təsnifat mərhələsinin III turunun Dublində “Sabah” üzərində qazandıqları 1:0 hesablı qələbəni şərh edib.

Presssporr.az xəbər verir ki, irandiyalı məşqçi pley-off mərhələsinə vəsiqə qazanmaq istədiklərini söyləyib: "Təəssüf ki, ikinci qolu vura bilmədik. Amma hər şey o qədər də asan deyil. “Sabah” ikinci hissənin çox hissəsini 10 nəfərlə oynadı, bilmirəm necə oldu ki, daha çox qol vurmaq alınmadı. Gələn həftə bizi çətin şəraitdə çox çətin cavab oyunu gözləyir. Mübarizə aparmalı olacağıq. İlk görüşümüzdə qol buraxmadıq ki, bu da çox vacib idi. Axı rəqibin bizi məğlub etməsi üçün iki top fərqi ilə qalib gəlməsi lazımdı. Oyundan əvvəl bizdən 1:0 hesabı ilə qalib gəlsək, necə hiss edəcəyimizi soruşsaydınız, tam olaraq sevinəcəyimizi deyərdik. Açığı, bu qələbə böyük nəticədir. Çünki “Sabah” bu kalibrli komanda olan “Makkabi”ni (Hayfa) mübarizədən kənarlaşdırmışdı. Bu qələbə cavab oyununda bizi ruhlandıra bilər. Pley-offa çıxmaq böyük stimuldur. Məqsədimiz Konfrans Liqasının qrup mərhələsinə düşməkdi".

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC