"Neftçi" yeni formalarını təqdim edib

"Neftçi" 2024/25 mövsümü üçün yeni formaları təqdim edib.

Presssport.az klubun saytına istinadən xəbər verir ki,  hər üç forma klubun zəngin tarixinin müxtəlif dövrlərindən və komandanın bağlı olduğu dəyərlərdən ilhamlanıb.

Ev dəstinin tərtibatı zamanı köynəyin çiyin və V-şəkilli boğaz hissələrində komandanın 1976-77-ci illərdə istifadə etdiyi formanın elementləri əsas götürülüb. Yeni oyun forması Anatoli Banişevski və Səməd Qurbanov kimi “Neftçi” əfsanələrinin də geyindiyi dəstlərin retro cizgilərini daşımaqla yanaşı, müasir dizayn tendensiyalarına uyğun hazırlanıb.

Səfər dəstində 1990-cı illərə göndərmə var. 1998/99 mövsümündə finalda “Şəmkir” üzərində qələbə qazanan “Neftçi” qara üfüqi zolaqlı sarı formada Azərbaycan kubokunu başı üzərinə qaldırmışdı. Yeni dəstlərdə də məhz həmin formanın cizgiləri özünü aşkar göstərir. Sarı rəng şəhər üzərində il boyu parlayan günəşi, qara rəng isə klubun adını da götürdüyü nefti simvolizə edir.

Alternativ dəstin rəngləri və elementlərində iki amil ilham mənbəyi olub: “Neftçi”nin 1979-cu il SSRİ Güclülər Dəstəsində geyindiyi forma və komanda ilə ayrılmaz şəkildə bağlı olan – doğma Bakımızın da qoynunda yerləşdiyi Xəzər dənizinin Bakı buxtasının işıqları fonunda parlayan tünd göy rəngli suları.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC