Beynəlxalq Futbol Statistikaları və Tarixi Federasiyası (İFFHS) klubların yeni futbol reytinqini açıqlayıb.
Presssport.az qurumun saytına istinadən xəbər verir ki, siyahıda 503 klubu yer alıb. Azərbaycan bu sıralamada 4 komandası var. Ən yaxşı nəticə “Qarabağ”a məxsusdur. Belə ki, Qurban Qurbanovun komandası 197,25 xalla 34-cüdür. Komanda əvvəlki siyahıya nisbətdə 5 pillə irəliləyib.
"Zirə" sıçrayış edib. Rəşad Sadıqovun komandası 81 pillə irəliləyib. Paytaxt klubu 76,25 xalla 280-cidir.
“Sabah” 3 pillə geriləyib və 62,25 xalla 382-ci yerdə qərarlaşıb. 35 pilə geriləyən “Neftçi” 57 xalla 431-cidir.
Onu da bildirək ki, siyahıya 371 xalla “Real” liderlik edir.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC