Azərbaycanın sərbəst güləşçisi Maqomedxan Maqomedov Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarında mübarizəyə start verib.
Presssport.az xəbər verir ki, 97 kq çəki dərəcəsində yer alan idmançımız 1/8 finalda Dominikan Respublikasından olan Luis Migel Pereslə üz-üzə gəlib.
Görüş təmsilçimizin 9:0 hesablı qələbəsi ilə başa çatıb.
Maqomedov 1/4 finalda polşalı Mateuş Baranovski ilə qarşılaşıb. Təmsilçimiz 7:2 hesabı ilə qələbə qazanaraq yarımfinala yüksəlib.
Maqomedxan yarımfinalda Gürcüstandan olan Givi Matçaraşvili ilə görüşüb. Azərbaycan təmsilçisi rəqibinə 0:5 hesabı ilə məğlub olub.
Maqomedxan sabah bürünc medal uğrunda güləşəcək. Onun rəqibi təsəlliverici görüşlərdən sonra müəyyənləşəcək.
Xatırladaq ki, Azərbaycanın güləşdə hələ ki yeganə medalı yunan-Roma növündə çıxış edən Həsrət Cəfərovla qazandığı bürünc mükafatdı.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC