Fransanın paytaxtı Parisdə keçirilən və bu gün yekun vurulacaq Yay Olimpiya Oyunlarının bağlanış mərasimində Azərbaycanın bayraqdarları müəyyənləşib.
Presssport.az xəbər verir ki, mərasimdə ölkəmizin bayrağını taekvondoçu Qaşım Maqomedov (58 kq) və bədii gimnastika üzrə qrup hərəkətləri komandasının üzvü Zeynəb Hümmətova daşıyacaq.
Xatırladaq ki, Maqomedov Paris olimpiadasında gümüş medal qazanıb. Hümmətovanın yer aldığı Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətləri komandası isə 5-ci pilləni tutmaqla indiyəqədərki ən yüksək nəticəyə imza atıb.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC