"Şamaxı" Misli Premyer Liqasının II turunda səfərdə "Araz-Naxçıvan"a 0:1 hesabı ilə məğlub olub.
Presssport.az xəbər verir ki, bölgə təmsilçisinin baş məşqçisi Ayxan Abbasov matçdan sonra keçirilən mətbuat konfransında fikirlərini bildirərək oyun bərabərliyə getdiyini vurğulayıb: “Yüz faizlik qol fürsətlərindən istifadə edə bilmədik. Çempionatın əvvəlidi. Oyundan-oyuna daha yaxşı olacağıq. Qol buraxandan sonra komandanın oyunundan razı qaldım. Bəzi futbolçular yenidir. Çempionata uyğunlaşmadıqları görünür. Amma qarşımıza qoyulan məqsədə çatacağıq. Komandaya inanıram”.
Abbasov çatışmazlıqlarının çox olduğunu da deyib: "Bunu bilirik. Sıfırdan qurulan komandayıq. Adi qol epizoduna baxın. Futbolçuların bir-birini başa düşməməsi görünür. Rəqib bir faiz şansından istifadə etdi. "Araz-Naxçıvan"ın heyətində fərdi keyfiyyətləri yüksək olan futbolçular çoxdu. Maçado bir epizoddan yararlandı. Bu da onun ustalığıdır. Çatışmazlıqlar çoxdur deyə həvəsdən düşməli deyilik".
Xatırladaq ki, bu, 43 yaşlı Abbasov yeni klubunun baş məşqçi postunda ilk məğlubiyyəti olub.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC