“Çalışmışam ki, hər zaman Azərbaycan xalqını sevindirim”.
Presssport.az xəbər verir ki, bunu Fransada keçirilən Yay Olimpiya Oyunlarının bürünc medalını qazanan Azərbaycanın sərbəst güləşçisi Maqomedxan Maqomedov deyib.
97 kq çəki dərəcəsində yer alan idmançımız qalib gəldiyi üçüncü yer uğrunda görüş barədə danışıb:
"Bürünc medal qazanmağımdan o qədər də razı deyiləm."Bürünc medal qazanmağımdan o qədər də razı deyiləm. Mən daha yüksək hədəflər uğrunda mübarizə aparan güləşçiyəm. Çalışmışam ki, hər zaman Azərbaycan xalqını sevindirim. Ümumi nəticələrimizdən razı deyilik. Çünki işlər hədəflədiyimiz kimi getmədi. Təəssüf ki, belə alındı".
Qeyd edək ki, Maqomedxan Maqomedov (97 kq) bürünc medal uğrunda görüşdə Ukrayna təmsilçisi Murazi Mçedlidzeyə qalib gələrək fəxri kürsünün üçüncü pilləsinə qalxıb (report.az).
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC