"Məğlub olsaq, bunu normal qarşılayacağıq, çünki "Sabah" büdcə baxımından bizdən üstündü"

İrlandiyanın "Sent Patriks Atletik" klubunun baş məşqçisi Stefen Kenni UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin "Sabah"la cavab matçından öncə mətbuat konfransında iştirak edib.

Presssport.az xəbər verir ki, İrlandiyalı mütəxəssis qələbəyə ümid etdiklərini söyləyib: "Uzun məsafə qət edərək, Azərbaycana gəldik. Bir az yorğunluq var. Bununla belə, "Sabah"la görüşə yaxşı hazırlaşmışıq. Məqsədimiz qələbə qazanaraq, növbəti mərhələyə adlamaqdı. Məğlub olsaq, bunu normal qarşılayacağıq. Çünki rəqib büdcə baxımından bizdən üstündü".

Qeyd edək ki, "Sabah" - "Sent Patriks Atletik" matçı avqustun 15-də, saat 20:00-da “Bank Respublika Arena”da keçiriləcək. İlk oyunda Dublin təmsilçisi 1:0 hesablı qələbə qazanıb.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC