"Yarışa hazırlıqlarımız yaxşı keçir".
Presssport.az xəbər verir ki, bunu kişi voleybolçulardan ibarət Azərbaycan millisinin voleybolçusu Mərdan Məmmədov Avropa çempionatının təsnifat mərhələsinə hazırlıq haqqında federasiyanın mətbuat xidmətinə açıqlamasında deyib.
Yığmanın blokçusu ötən həftə Gürcüstanın paytaxtı Tiflisdə təlim-məşq toplanışında olduqlarını xatırladıb: "Orda Gürcüstan yığması ilə bir neçə yoxlama oyunu keçirdik və qələbə qazandıq. Komandada əhval-ruhiyyə yaxşıdı. Rəqiblərimizi təhlil edirik. Belçika millisi ilə Qızıl Avropa Liqasında qarşılaşmışdıq və rəqib qalib gəlmişdi. Bu dəfə çalışacağıq ki, biz qələbə qazanaq. Avstriya millisi də güclü komandadı. Hər iki qarşılaşmada gözəl oyun göstərib qalib gəlmək üçün əlimizdən gələni edəcəyik”.
Onu da bildirək ki, millimiz Avropa çempionatının təsnifat mərhələsində ilk oyununu avqustun 17-də səfərdə Avstriya yığmasına qarşı keçirəcək.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC