AFFA İntizam Komitəsi (İK) "Neftçi"nin futbolçusu Ervin Koffini 2 oyunluq cəzalandırıb.
Presssport.az xəbər verir ki, buna fransalı müdafiəçinin "Səbail"lə heç-heçə (1:1) etdikləri Misli Premyer Liqasının II turunun matçı bitdikdən sonra azarkeşlərə kənar əşya atması səbəb olub.
"Ağ-qaralar" buna görə 2000 manat cərimələnib. "Neftçi" görüş bitdikdən sonra fanatların iğtişaş törətməsi ucbatından 4000 manat ziyana düşüb.
"Səbail" isə sözügedən qarşılaşmada 5 futbolçusu sarı vərəqə ilə cəzalandığından 700 manat ödəməli olacaq.
İK "Turan Tovuz"u 700 manat cərimələyib. Belə ki, bölgə təmsilçisinin 4 oyunçusu "Sumqayıt"a qalib gəldikləri görüşdə (1:0) sarı vərəqə görüb.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC