Azərbaycan Voleybol Federasiyasının (AVF) Beynəlxalq əlaqələr şöbəsinin rəhbəri, Avropa Voleybol Konfederasiyasının Avropa İdman Təşkilatı Komissiyasının üzvü Mixail Frişman Avropa çempionatının təsnifat mərhələsinin oyununa təyinat alıb.
Presssport.az AVF-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, mütəxəssis E qrupunda yer alan İsveç və İsveçrə komandalarının qarşılaşmasında supervayzer kimi hakimlərin işinə qiymət verəcək.
Avqustun 17-də İsveçdə keçiriləcək oyunun hakimləri estoniyalı Risto Strandson və norveçli Geir Vestbo olacaq.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC