UEFA Çempionlar Liqasının pley-off mərhələsinin Xorvatiyada keçiriləcək "Dinamo" - "Qarabağ" matçını idarə edəcək isveçli Qlenn Nyuberq daha əvvəl də Azərbaycan çempionunun oyununa təyinat alıb.
Presssport.az xəbər verir ki, 35 yaşlı referi 2021/2022 mövsümündə Konfrans Liqasının III təsnifat mərhələsində "köhlən atlar"ın səfərdə Kiprin AEL komandasına qarşı ilk görüşündə iş başında olub.
O, sözügedən qarşılaşmada bəxtsizliklə üzləşib. Qlenn Nyuberq heç-heçə yekunlaşan (1:1) oyunun 80-ci dəqiqəsində zədələnib və matçı davam etdirə bilməyib. Onu həmyerlisi Boyan Panciç əvəzləyib.
FIFA referisi bu il Almaniyada təşkil olunan Avropa çempionatının üç oyununu da idarə edib. AVRO-2024-də Rumıniya - Ukrayna (3:0), Albaniya - İspaniya (0:1) və Fransa - Belçika (1:0) qarşılaşmaları ona həvalə edilib.
Qeyd edək ki, avqustun 20-də "Maksimir" stadionunda reallaşacaq matç Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Cavab oyunu avqustun 28-də gerçəkləşəcək (report.az).
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC