Azərbaycan təmsilçiləri Rusiyanın paytaxtı Moskvada keçirilən I dünya korporativ oyunlarında 8 medal qazanıblar.
Presssport.az Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Azərbaycanı təmsil edən müxtəlif dövlət qurumlarının əməkdaşlarından ibarət komandalar yarışı 3 qızıl, 3 gümüş və 2 bürünc medalla başa vurub.
Şahmat turnirində AZAL-ın əməkdaşı Fidan Ağaşıyeva, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin əməkdaşı Anar Rəsulov qızıl medallara sahib olub. Daha bir qızıl medalı isə voleybol yarışında ölkəmizi təmsil edən Fövqəladə Hallar Nazirliyinin komandası qazanıb.
Stolüstü tennisçimiz Svetlana Kayumova (SOCAR) ikinci olub. Bu idman növünün qarışıq komanda yarışında Əli Bayramov (FHN) və Svetlana Kayumovadan (SOCAR) ibarət cütlük gümüş medala layiq görülüb.
Basketbol yarışında A finalında mübarizə aparan kişilərdən ibarət komanda (Fövqəladə Hallar Nazirliyi) bürünc medal qazanıb. B finalında mübarizə aparan qadınlardan ibarət kollektiv (AZAL) gümüş, voleybol üzrə qadınlardan ibarət heyət (SOCAR) isə bürünc medal qazanıb.
Xatırladaq ki, I dünya korporativ oyunları avqustun 17-18-də keçirilib.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC