"Neftçi" və Azərbaycan milli komandasının yarımmüdafiəçisi Filip Ozobiç Çempionlar Liqasının pley-off mərhələsində “Qarabağ”ın “Dinamo” (Zaqreb) klubları arasında keçiriləcək matçla bağlı Xorvatiya mətbuatına danışıb.
Presssport.az verir ki, öz ölkəsinin mətbuatına müsahibə verən 33 yaşlı milliləşdirilən xorvatiyalı futbolçu ilk olaraq sabiq klubu haqda danışıb:
- “Bayer” Avropa Liqasının son mövsümündə “Qarabağ”la matçlarda çox əziyyət çəkdi?
- Bəli, almanlar bu matçlarda çox problem yaşadı. “Qarabağ” “Braqa”, “Olimpiakos” və “Nant” kimi klubları da məğlub edib. Təbii ki, Avropanın digər komandalarına yenib, lakin belə böyük adları olanları yox.
- Xorvatiyada hamı əmindi ki, “Dinamo” asan rəqiblə qarşılaşacaq. Amma görünür, bu belə deyil?
- Qətiyyən yox. Düşünürəm ki, Xorvatiyada insanlar - Azərbaycan futbolu, xüsusən də klub futbolu haqqında çox az şey bilir. Yenə deyirəm ki, “Qarabağ”ın bütün bu uğurları təsadüfi deyil.
- Sən də bu komandada oynamısan. “Qarabağ”ı niyə tərk etdin?
- Beş il orada çıxış etdim. Niyə ayrıldım? Bilmirəm. Sadəcə, belə oldu. Heç bir səbəb yox idi, sadəcə, o zaman klubu dəyişməyə qərar verdim.
-“Qarabağ” “Dinamo”nu Çempionlar Liqasından kənarlaşdırsa, buna üzüləcəksən? Axı, 5 il Azərbaycan klubunda oynayıb, “Hayduk”a üstünlük verirsən…
- Ən yaxşı insan qalib olsun.
- Komandalar arasında keçiriləcək oyuna canlı baxacaqsız?
- İmkanım olsa, stadiona getməyə çalışacam. Məncə, komandaların şansı 50/50-dir. “Dinamo”ya xəbərdarlıq etməliyəm ki, onları Bakıdakı stadionda 30 min azarkeş gözləyəcək.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC